Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah As-Sajdah — Ayah 13

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١٣
Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. La­kin Mə­­nim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və in­san­larla mütləq dol­du­racağam!” sö­züm hikmət və ədalətlə yeri­nə yetəcək.