Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 18

۞ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا ١٨
Allah sizlərdən camaatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ilə birlikdə cihad etməkdən çəkindirənləri və öz qar­daş­larına: “Gəlin bizim yanımıza, onunla birlikdə vuruşmayın ki, öldürülməyəsiniz. Biz sizin ölməyinizdən ehtiyat edirik”– deyənləri tanıyır. Bu rəzil kimsələr çox nadir hallarda döyü­şə qatılırlar. Bunu da, Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - kömək etmək məqsədi ilə yox, sadəcə öz abır-həyalarını qorumaq xatirinə edirlər.