Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 49

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ٤٩
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını ver­səniz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərz­də sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.