Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 60

۞ لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا ٦٠
Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəs­tə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə an­caq az bir müd­dət ərzində qonşuluq edərlər.