Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 9

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ٩
Ey Allaha iman gətirən və Onun şəriətini yerinə yetirən kimsələr! Alla­hın sizə bəxş etdiyi nemətləri xa­tır­la­yın. O za­man ki, düşmən ordusu ittifaq edib, sizi öldürmək üçün Mədinəyə gəlmiş, münafiqlər və yəhudilər də bu işdə onlara yardım etmişdi. Biz də Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qələbə bəxş etmək üçün onların üs­tü­nə qasırğalı külək və sizin görmədiyiniz mələklərdən ibarət əsgərlər göndərmişdik. O zaman kafirlər dönüb qaçmış və müqavimət göstərməyə qadir olmamışdılar. Allah si­zin nə etdiyinizi görür. Heç bir şey Ondan gizli qalmaz. O, sizə etdiyiniz əməllərin əvəzini verəcəkdir.