Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Saba — Ayah 31

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ ٣١
Allaha küfr edən kəslər dedilər: “Biz nə Muhəmmədin özünə nazil olduğunu iddia etdiyi bu Qu­rana, nə də bundan əv­vəl­ki səmavi kitablara inana­cağıq!” Ey Peyğəmbər, kaş sən o zalımları qiyamət günü haqq-hesaba çəkilmək üçün öz Rəbbi­nin hü­zu­run­da saxlanılıb bir-bi­ri­nə söz qaytardıqları vaxt görəydin. Onların hər biri etdiyi günaha görə digərinin məsuliyyət daşıdığını deyəcək və onu qınayacaq. Tabeçilikdə olmuş zə­if­lər, dünyada onları öz tabeçiliyində saxlayan böyüklərinə deyəcəklər: “Əgər siz bizi haqq yoldan azdırmasaydınız, biz Allaha və Onun rəsuluna iman gəti­rər­dik.”