Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Saba — Ayah 46

۞ قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ ٤٦
Ey Peyğəmbər, de: “Mən sizə yalnız bir nəsihət etmək istəyirəm: nəfsinizin istəklərindən uzaq olub pak və müqəddəs Allah üçün iki-iki, yaxud bir-bir ayağa qal­xın, son­ra da dostunuzun (Peyğəmbərin səllallahu aleyhi və səlləm) həyat-yolu barədə, onun necə ağıllı, doğru danışan və əmanəti qoruyan birisi olması barədə bir düşünün ki, onda (səllallahu aleyhi və səlləm) heç bir dəlilik olmadığını başa düşəsiniz. O, etdiyiniz şirkə görə Allaha tövbə etmədiyiniz təqdirdə, sizi yaxalayacaq şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir.”