Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Saba — Ayah 50

قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ٥٠
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Əgər mən sizə təbliğ etdiyim haqq yol­dan çıx­sam, azmağım zərəri mənim öz əleyhimə olar, bundan sizə heç bir zərər gəlməz. Yox, əgər doğru yolla gedirəmsə, bu da, pak və müqəddəs Rəb­bimin mənə nazil et­diyi vəhy sayəsindədir. Həqiqətən, O, Öz qullarının dediklərini eşidəndir və yaxındır, mənim dediklərimi eşitməyə Ona mane olan bir şey yoxdur.”