Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 1

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١
Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqa­nad­lıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir, heç kəs Onu aciz edə bilməz.