Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 37

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ٣٧
Onlar orada bərk səslə fəryad qo­pararaq yal­varıb deyəcəklər: “Ey Rəb­bimiz! Bi­zi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünüb tövbə edəcəyi və yaxşı işlər görə bilə­cə­yi qədər uzun ömür ver­mə­mişdik­mi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir kö­­məkçi tapılmaz.”