Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 4

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٤
Ey Peyğəmbər, əgər qövmün səni yalançı he­sab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk elçi deyilsən. Səndən əv­vəl də, Ad, Səmud və Lut tayfaları kimi ümmətlər özlərinə göndərilmiş elçiləri ya­lançı hesab etmişdi. Bütün işlər təkcə Alla­ha qaytarıla­­caqdır. Allah haqqı yalan sayanları məhv edəcək, peyğəmbərlərinə və möminlərə isə qələbə bəxş edəcək.