Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 42

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ٤٢
Haqqı yalan sayan o kafirlər möh­kəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir pey­ğəm­bər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.