Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 8

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ٨
Pis əməli özünə şeytan tərəfindən gözəl gös­tərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zə­la­lətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah on­ların nə etdiklərini bi­lir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.