Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ya-Sin — Ayah 14

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ ١٤
Biz onlara iki elçi gön­dərdik ki, onları Allahın tək ilah olduğuna və Ona ibadət etməyə dəvət etsinlər, lakin onlar bu elçilərin ikisini də yalançı saydılar. Biz də elçilərimizi göndərdiyimiz üçüncü elçi ilə qüv­vət­lən­dir­dik. Onların üçü də şəhər əhlinə dedilər: “Biz üçümüz, həqi­qətən də, sizə göndərilmiş ki, sizi Allahın tək ilah olduğunu qəbul etməyə və Onun şəriətinə tabe olmağa dəvət edək.”