Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ya-Sin — Ayah 39

وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ ٣٩
Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər mü­əyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xur­ma ağacının olduqca nazik, əyri, sapsarı və qu­rumuş budağı kimi olur.