Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah As-Saffat — Ayah 10

إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ ١٠
Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qa­pıb qaçar­sa, onu yan­dırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər.