Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah As-Saffat — Ayah 37

بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧
Onlar böyük bir iftira yaxdılar. Rəsulullah (səllallahu aleyhi və səlləm) nə dəli idi, nə də şair, əksinə, o, Allahın tək ilah olduğunu qəbul etməyə və Onun rəsuluna tabe olmağa dəvət edən Quranı gətirdi, üstəlik, əvvəlki peyğəmbərlərin Allah tərəfindən gətirdiyi tovhidi və axirətin həqiqət olduğunu təsdiq­lə­di və heç bir şeylə onlara müxalif olmadı.