Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Sad — Ayah 24

قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩ ٢٤
Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qo­yununu öz qoyunlarına qat­maq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şə­riklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haq­qını tap­da­layır. Yalnız yax­şı işlər gö­rən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır­.” Bunları de­dikdən sonra Da­vud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən ba­ğışlanma dilə­di və səcdəyə qapanıb Ona tövbə etdi.