Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Sad — Ayah 26

يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ ٢٦
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik ki, dini və dünyəvi hökmləri və qərarları həyata keçirəsən. Odur ki, insanlar ara­sında ədalətlə hökm ver, hökm verdikdə nəfsin istəyinə uy­ma - iddiaçılardan biri sənin qoyumun, yaxud dostun, yaxud da düşmənin olduğuna görə yanlış qərar verməyə cəhd etmə, yoxsa nəfsin sə­ni Allahın haqq yo­lun­dan azdırar. Həqiqətən, Allahın haqq yo­lundan azan­la­r haqq-hesab gününü unut­duq­ları üçün onları şid­dətli bir əzab göz­lə­yir. Əgər onlar Allahın əzabını xatırlayıb ondan qorxsaydılar, nəfslərinin istəklərinə uymazdılar.