Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Sad — Ayah 28

أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ ٢٨
Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yax­şı işlər gö­rən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törə­dən kimsə­lərə tay tu­marıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.