Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 10

قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ ١٠
Ey Peyğəmbər, Mənə və Mənim göndərdiyim elçilərə iman gətirmiş qullarıma de: “Rəb­binizin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xun! Sizlərdən bu dünyada yaxşılıq edən­ləri dünyada ikən gözəl nemətlər - zəfər, sağlamlıq və mal-dövlət, axirətdə isə Cənnət göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Elə isə hicrət edin ki, Allaha ibadət etmək üçün yer tapasınız. Heç nə sizə mane ola bilməz. Səbir edənlərin savabı qiyamət günündə çox çeşidli olduğundan dolayı sayız-hesabsız verilə­cək­dir.”