Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 15

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١٥
Ey müşriklər, siz də Ondan başqa istə­diyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şüb­hə­siz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailə­lə­rini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”