Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 21

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٢١
Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur en­dirib onu yer üzün­dəki çaylar və çeşmə­lərə axıdır. Sonra Allah onunla müxtəlif rəng­li birkilər yetiş­di­rir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görür­sən. Bunlar quruduqdan sonra Allah on­ları qırıq-qırıq olmuş çör-çöpə dön­dərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.