Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ٣
Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.