Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 32

۞ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ٣٢
Allaha şərik qoşmaq, habelə, həyat yoldaşı və övlad nisbət etməklə, Ona layiq olmayan bir şeyi Ona mənsub edən kimsədən daha zalımı bir kimsə yoxdur. Eləcə də, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi vəhyi təkzib edən kimsədən daha zalımı bir kimsə yoxdur. Məgər Cəhənnəmdə, Allaha və Onun rəsulunun gətirdiyinə küfr edən kimsələr üçün sığınıcaq və məskən yoxdur?! Əksinə, orada onlar üçün sığınacaq da var, məskən də.