Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 41

إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ ٤١
Ey Peyğəmbər, Biz Quranı sənə, insanlar üçün haqq olaraq na­zil etdik ki, onları qorxudasan. Kim doğru yol­la getsə, doğru yolda olmasının xeyri onun özü­nə olar. Onun doğru yolla getsməsinin Allaha heç bir faydası yoxdur, çünki Allahın buna ehtiyacı yoxdur. Kim də zəlalətə düşsə, zəlalətdə olmasının zi­yanı onun öz əleyhinə olar. Onun zəlalətdə olmasının pak və müqəddəs Allaha heç bir ziyanı olmaz. Sən onlara vəkil deyilsən ki, onları doğru yola gəlməyə məcbur edəsən. Sən yalnız sənə əmr ediləni təbliğ edənsən.