Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 52

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٥٢
Bu müşriklər öz bildiklərini danışır, bəs bilmirlər ki, Allah dilədiyinin ruzisini bol edərək onu sınağa çəkir, görsün, şükür edəcək, yoxsa küfr edəcək, habelə, dilədiyinin də ruzisini azaldaraq onu sınağa çəkir, görsün, səbir edəcək, yoxsa Allahın yazdığı qədərə qəzəbi tutacaq?! Həqiqətən, ruzinin bol verilməsində və azaldılmasında, iman gə­tirən bir qövm üçün, Allahın hər şeyi idarə etdiyini sübuta yetirən dəlillər var. Belə ki, yalnız möminlər belə dəlillərdən ibrət alırlar. Kafirlər isə bu dəlillərə məhəl qoymayıb onlardan üz döndərirlər.