Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 67

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٧
Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qi­ya­mət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göy­ün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.