Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 7

إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧
Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qulla­rı­nın Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyur­maz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür et­sə­niz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə siz­dən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını da­şı­maz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Son­ra qiyamət günü siz yalnız Rəbbini­zin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqi­qə­tən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.