Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zumar — Ayah 71

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ ٧١
Mələklər Allaha küfr etmiş kimsələri dəstə-dəstə zəlil vəziyyətdə Cə­hənnəmə gətirəcəklər. Nə­hayət, Cəhənnəmə çatdıqda onun gözətçiləri onun qapı­larını onlar üçün açacaq və onları məzəmmət edərək qarşılayıb deyəcək­lər: “Məgər özünüzdən sizə Rəbbinizin özlərinə nazil etdiyi ayə­lə­ri­ni oxu­yan və sizi qiyamət gü­nü­nə yetişib orada şiddətli əzaba düçar olacağınızla qorxudan elçilər gəlməmiş­di?!” Kafirlər özlərinin əleyhinə şahidlik edib: “Əlbəttə, gəlmişdi, lakin əzab sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi və biz də, kafir idik!” – deyə­cəklər.