Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 11

قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ ١١
Kafirlərin öz günahlarını etiraf etməsinin və tövbə etməsinin faydası olmadığı vaxt, onlar öz günahlarını etiraf edib deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürdün. Belə ki, biz yox ikən Sən bizi yaratdın və biz bir müddət yaşadıqdan sonra bizi öldürdün. Eləcə də, bizi iki dəfə di­rilt­din. Belə ki, əvvəlcə bizi yoxdan yaratdın və nəhayət, biz öldükdən sonra bizi yenidən diriltdin. Biz qazandığımız günahlarımızı etiraf etdik. İndi Cəhənnəm odundan çıxıb dünya həyatına qayıtmağa bir yol varmı, biz gedib əməllərimizi islah edək və Sənin razılığını qazanaq?!”