Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 13

هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١٣
Öz qüdrətini və vəhdaniyyətini sizə bildirmək üçün kainatda və sizin özünüzdə sizə Öz dəlillərini gös­tə­rən, habelə, bitkilərdən, əkinlərdən və sairədən ruzi əldə etməyiniz üçün göydən sizə yağmur endirən məhz Allahdır. Allahın dəlillərindən yalnız ixlasla Allaha tövbə edərək Ona tərəf yönələn kimsələr ibrət alarlar!