Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 34

وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ ٣٤
Musadan əvvəl Yusuf sizə Allahın tək ilah olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib və onu yalançı saydınız. Nə­­hayət, o, və­fat etdik­də, sizin şəkk-şübhəniz artdı və siz: “Allah ondan sonra rəsul göndərməyəcək!”- dedi­niz. Allah sizi haqq yoldan azdırdığı kimi, Allahın qoyduğu hüdudları aşan və Onun tək ilah olduğuna şəkk edən hər kəsi beləcə azdırar.