Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 39

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ٣٩
Ey qövmüm! Bu dünya həyatı ancaq keçici ləzzətlərdən ibarətdir. Elə isə oradakı fani şeylər sizi aldatmasın. Əbədi və tükənməz nemətlərlə dolu axi­rət yurdu isə qərar tutulacaq əbədi yurd­dur. Allaha itaət etməklə o yurda yiyələnməyə çalışın və sizi axirət üçün yaxşı işlər görməkdən yayındıran dünya həyatınızla məşğul olmaqdan çəkinin.