Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 57

لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٥٧
Həqiqətən, böyüklüyünə və genişliyinə görə göylərin və yerin xəlq edilməsi insanların xəlq edilməsindən daha əzəmətlidir. Onların əzəmətli olması rəğmən onları yaradan Allah, ölüləri haqq-hesaba çəkilmələri və əməllərinin əvəzini almaları üçün qəbirlərindən dirildib çıxartmağa da qadirdir. Lakin insanların çoxu bunu bilmir. Elə buna görə də, onlar bundan nə ibrət alar, nə də bu açıq-aydın ayəni dirilməyə dair dəlil olaraq qəbul edərlər.