Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 61

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٦١
Sizin rahatlanmanız və dincəlməyiniz üçün gecəni qaranlıq və iş görməyiniz üçün də gündüzü işıqlı və nurlu yaradan Allahdır. Həqiqətən, Allah insanlara çoxlu zahiri və batini nemətlər verməklə onlara olduqca çox lütf göstərmişdir, lakin insanların çoxu pak və müqəddəs Allahın Öz lütfündən onlara verdiyi nemətlərə şükür etməz.