Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 64

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٦٤
Ey insanlar, üzərində qərar tutasınız deyə yeri sizin üçün məskən edən, üstünüzdəki göy başınıza düşməsin deyə onu möhkəm bina edən, sizə analarınızın bətnində surət ve­rib surət­ləri­ni­zi gözəlləşdirən, sizə halal və pak nemət­lər­dən ru­zi verən Allahdır. Bu nemətləri sizə verən, Rəbbiniz olan Allahdır. Yaradılanların hamısının Rəbbi olan Allah xeyri və bərəkəti bol Olandır. Onların pak və müqəddəs Allahdan başqa Rəbbi yoxdur.