Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 67

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ٦٧
Atanız Adəmi torpaqdan xəlq edən, ondan sonra sizi nütfədən, sonra da laxtalanmış qan­dan yara­dan, daha son­ra sizi, böyü­yüb yetkinlik yaşına çatası­nız, daha sonra da qocalasınız deyə, körpə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. İçə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, Allahın əzəli elmində müəy­yən olunmuş vaxta yeti­şəsiniz, nə yubanasınız, nə də zamanı qabaqlayasınız və bəlkə, Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən bu dəlil-sübutlardan ibrət alasınız.