Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 82

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٢
Məgər haqqı yalan sayan o kəslər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlki üümətlərin axırının necə olduğunu görmürlərmi ki, ondan ibrət alsınlar?! O ümmətlər bunlardan mal-dövlətcə daha zəngin, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allahın həlakedici əzabı onları haqladıqda əldə etdikləri güc-qüdrət onlara heç bir fayda vermədi.