Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fussilat — Ayah 21

وَقَالُواْ لِجُلُودِهِمۡ لِمَ شَهِدتُّمۡ عَلَيۡنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِيٓ أَنطَقَ كُلَّ شَيۡءٖۚ وَهُوَ خَلَقَكُمۡ أَوَّلَ مَرَّةٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢١
Kafirlər öz dərilərinə: “Nə üçün dünyada etdiyimiz əməllər barədə əley­himizə şahidlik edir­si­niz?” – deyə­cək­lər. Dəriləri də öz sahiblərinə belə cavab verəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi danışdırdı. Sizi ilk dəfə, hələ dünyada ikən O ya­ratmışdır. Axirətdə də siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qay­ta­rı­la­caq­sınız.”