Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fussilat — Ayah 51

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ ٥١
Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalva­rıb-ya­xarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.