Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shuraa — Ayah 11

فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١١
Allah göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq etmişdir. O sizin üçün özü­nüz­dən zövcələr, dəvədən, inəkdən və qoyundan da cütlər yaratmışdır ki, sizin üçün artıb çoxalsınlar. Zövcələrinizlə ailə həyatı qurmağınızla sizin sayınızı artırır və sizi mal-qaranızın əti və südü ilə dolandırır. Məxluqat arasında Allahın heç bir bənzəri yoxdur. O, Öz qullarının nə dediklərini eşidir, nə etdiklərini də görür. Heç bir şey Onun nəzarətindən yayına bilməz. Allah onlara etdikləri əməllərin əvəzini verəcək, xeyirin əvəzinə xeyir, şərin əvəzinə də şər.