Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shuraa — Ayah 5

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥
Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mə­ləklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yer­dəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.