Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zukhruf — Ayah 57

۞ وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ٥٧
Müşriklər Uca Allahın: ﴾Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz. Siz ora varid olacaqsınız﴿ ayəsinin, nəsranilərin məbud qəbul etdiyi İsaya da aid olduğunu zənn etdilər. Halbuki Allah bütlərə ibadət etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə olmasına razıyıq". Allah da onlara cavabı olaraq bu ayəni nazil etdi: ﴾Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar﴿.