Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zukhruf — Ayah 63

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ٦٣
İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətir­diyi za­man onlara dedi: “Mən Allahdan sizə hik­mət gətirmi­şəm və dininizə aid məsələlərdə ixtilafa düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin!