Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Az-Zukhruf — Ayah 81

قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ ٨١
Ey Peyğəmbər! Allaha qızlar nisbət edən kimsələrə de: "Allah onların söylədiklərindən uzaqdır, ucadır. Allahın övladı yoxdur. Allah belə nöqsandan uzaqdır və müqəddəsdir. Mən Uca Allaha ibadət edənlərin və Onu bütün nöqsanlardan uzaq tutanların birincisiyəm.