Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jathiyah — Ayah 13

وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ١٣
Pak və müqəddəs Allah göylərdə olan günəşi, ayı və ulduzları, habelə, yerdə olan çayları, ağacları, dağları və s. sizə ram etmişdir. Sizə bəxş edilən bütün bu nemətlər Allahın lütfü sayəsindədir. Həqiqətən, onların sizin üçün ram edilməsində Allahın ayələri barədə düşünən və onlardan ibrət alan bir qövm üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə dəlalət edən dəlillər var­dır.