Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jathiyah — Ayah 18

ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ١٨
Sonra Biz səni Öz əmrimizlə düz yol, sünnə və şəriət üzrə - səndən əvvəlki elçilərimizə əmr etdiyimiz yol üzərində qaim etdik ki, (insanları) iman gətirməyə və yaxşı işlər görməyə dəvət edəsən. Sən bu şəritə ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma. Onların nəfslərinin istəkləri (səni) haqdan azdırar.