Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jathiyah — Ayah 24

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ٢٤
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər belə deyirlər: “Həyat fəqət bi­zim dünya həyatımız­dır və bu həyatdan sonra heç bir həyat yoxdur. Bir nəsil ölüb gedir bir daha geri qayıtmır və ardından yeni bir nəsil də doğu­lur. Bizi ancaq gecə ilə gündüzün bir-birini təqib etməsi öldürür”. Onların öldükdən sonra yenidən dirilməyi inkar etməyə dair heç bilgiləri yoxdur. Onlar yalnız zən­nə qapılır­lar. Zənn isə əsla həqiqət ola bilməz!