Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jathiyah — Ayah 27

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ٢٧
Göylərin və yerin mülkü təkcə Allaha məx­sus­dur. Odur ki, nə göydə, nə də yerdə Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Qiyamət qopacağı - Allahın ölüləri haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün dirildəcəyi gün – məhz o gün, Allahdan başqasına tapınan, haqqa batil donu, batilə də haqq donu geyindirən batil əhli ziyana uğ­ra­ya­caqlar­.